DeepDark

DeepDark Hekayələr 10-07-2018, 21:57

Xatırlanacaq Əmanət (Qısa Hekaye)

Xatırlanacaq Əmanət (Qısa Hekaye)
Xatırlanacaq Əmanət (Qısa Hekaye)

Bu Hekayəni belə oxuduqdan sonra unudun.



Skamyada oturduğum bir neçə dəqiqə idi ki, bir qızda gəlib əyləşdi. Məndə altsheymer xəstəliyi olduğu üçün, bir çox şeyləri gah unufuram gahda dəyişik salıram. İnsanlarla ünsiyyət isə mənə görə deyildi,daha çoxöxümə qapalı biriyəm. Heyvanlar barədə bunu deyə bilməyəcəm. Hər zaman yanımda qəfəsdə gəzdirdiyim tutuquşum var, elə indidə skamyanın üzərinə qoymuşam. Yanımdan az bir məsafədə əyləşən qız: Tuququşu sizindirmi nə gözəldir.. deyə danışmağa başladı, mənsə etinasız olaraq bir kəlimə belə demədim. Qızın qəribə nəzərləri üzərimdə idi. Yay fəslinin artıq çox isti günləridi, mağazaya gedib yemək üçün keks və su alacam, qəfil gələn bu aclıq hissi insanı lap taqətdən salır. Ayağa qalxıb mağazaya doğru getməyə başladım. Cavanlıq gözəl bugünü olan dünəndən ibarətdir. Düşüncələrimdə ən azından mən belə düşünürəm,buna keçici zövqlərin dövrü də demək olar. Amma nə yalan deyim ki, bu yaşadığımız həyatda hər şey keçicidir. Aldığım keksin və suyun, kassaya yaxınlaşıb pulunu ödəyib çıxdım. Aha budur mən hara gedəcəkdim? Yenəmi unutdum? Bir dəqiqə, deyəsən bu səfər xatırladım. Yolda addımlayırdım, bəs daha əvvəl harada idim? Evdən çıxdım hə hə, xatırladım evdən çıxmışdım yenə də, evə getməliyəm. Əminəm ki, belədir yoxsa haraya gedəsi idimki? Buradan birbaşa dayanacağa yollandım, yox yox qətiyyən unutduğum bir şey yoxdur.

Universitetdən birbaşa bura gəldim ki skamyada oturub biraz dincəlim, bu qəfəsdəki balaca quş həqiqətən çox gözəldir. Sahibi olan cavan oğlan niyə hələdə gəlmədiki görəsən? Özüdə dinməz söyləməz biri idi, fikirli insandır bəlkədə nəsə düşünürdü. Sualıma da cavab vermədi, mən evə getməliyəm artıq amma bu quşcuğazı burda necə qoyub gedim? Yox qoy biraz da, gözləyim, harada olsa gələr yəqin.

Səmaya yavaş yavaş qaranlıq çökür, bakının gur işıqlarından uzaqda yerləşən evimə çatdım artıq. Yuxarı blokdakı kişi yenə qəzəblənib səsini başına atıb, pilləkənləri qalxdıqca səs daha da, artırdı. Deyəsən mətbəxtdə suyu yenə açıq unutduğum üçün alt mənzili su basıb, bu kişi isə dayanmadan nalaiq ifadələri, sözləri üzərimə yağış kimi yağdırır. Qısa cavab olaraq "üzr istəyirəm sizdən" deyib evə keçdim. Masanın üzərindəiçdiyim qəhvə fincanı ilə bərabər bir qutu siqaret də vardı. Əslində insanlar çox şeyi (dünya ilə bağlı) əzabları, çətinlikləri unutsalardı bəlkə də, xoşbəxt olardılar. Əziyyət verən isəunutmamaq və köhnə xatirələr olur.

Artıq gözləyə bilməyəcəm, qəfəsidə əlimə alıb getməyi qərara aldım, əgər sahibi gəlsə idi, bu vaxta qədər gələrdi. Daha sonra elan verib həmin oğlanı tapıb əmanətini geri verərəm. Telefonuma isə bir neçə dəfə harada olmağımla bağlı evdən zəng etmişdilər.

Ağlımı tamamən itirirəm deyəsən, atamla anamdan qalan bu evlə yanaşı, bəzi dəyərli əşyalar da qalmışdı. Bir evdən başqa nə varsa hamısını satmalı olmuşdum. Çünki kimsə kiməsə kömək etmək istəmir, sadəcəpul önəmlidir. İnsanların insanlıqlarını itirdiyi (iyirmi birinci əsr) istisnaların az olduğunu da bilirəm. Düşünüb bir qərara gəlməliyəm ya evidə satıb xəstəxanada qalıb müalicə olunmalı ya da, ac susuz evdə oturmalıyam. Birinci fikir daha faydalı görünür, indi nə edim ki müştərini haradan tapım? Bəlkə alt blokdakı hər dəfəsində mənə görə əsəbləşən kişiyə satım? Beləliklə həm canını məndən qurtarar həm də, evini daha su basmaz. Sabah gedib soruşaram indi isə uzanıb dincəlmək istəyirəm..

Qapıdan içəri girdikdə evdəkilərin necə narahat olduqlarını üzlərindən
gördüm. Əlimdəki qəfəsdə olan quşa çox maraqla baxaraq ilk öncə atam soruşdu, harada idin qızım? Bizi niyə nigarançılıq içərisində buraxırsan axı. Əlindəki nədir elə? Hədiyyədir yoxsa? Anam kənardan səssiz dayanıb mənim nə deyəcəyimi gözləyirdi.
Yox ata rəfiqəmindi imtahanları olduğu üçün onun quşuna mən baxacam bir növ əmanətdir.
Bir daha gec gəlmək olmasın. Bu əmanətə isə heçnə deyə bilmərəm qızım, əmanətə xəyanət olmaz deyiblər. Yaxşı get dərslərini çalış..
Dərs demişkən ata iki gün sonra praktikam var, bol bol dua edin mənə qızınız uğurla keçsin. Atam gülümsəyib mən sənə inanıram qızım, anam da dualarımız səninlədir teki hər şey ürəyincə olsun dedilər.
Qəfəsi də götürüb öz otağıma qalxdım, fikirlər məni rahat buraxmadı. Elanı nə cür verim? O oğlanı tapa biləcəm ya yox? Bilmirəm.
Rəfiqəm olan səbinəyə zəng vurub hadisəni olduğu kimi danışdım və belə düşündük ki, elanı kağız şəklində divarlara, həm ağacların gövdələrinə bir də, işıq dirəklərinə vuraq. Bəlkə tanıyan görən biri bizə köməkçi olar.


Bəzən insan xatirələri satır ki, gözəl bir gələcəyə sərmayə qoya bilsin. Eynən mənim kimi. Uşaqlıqdan böyüdüyüm evi indi satmağa məcburam, alt mənzilin sahibi satın almağa razı oldu. Bugün isə bu binadan gedirəm, elədə böyük məbləğ olmasa da müalicəyə çatacaq qədər var.


Bu şəhərin küçələrini gəzərək elanlar yapışdırır, qarşımıza çıxan insanlardan axtardığımız şəxslə bağlı məlumat almaq ümidi ilə soruşurduq.

Səbinə - Bütün elanları vurduq keçdiyimiz yerlərə daha bəs deyil fidan?

Fidan - Yox səbinə inanırsan gecəni necə yatdım bilmirəm, əlimdə əmanət var sahibini tapıb verməyənə qədər içim rahat olmaz.

Səbinə - Daha hara elan verəcəyik?

Fidan - internet üzərindən böyük səhifələrdə elan vermək olar, kim bilir bəlkə də, elə bu yol ilə tapılar?
Dur gedək bizə praktikaya hazırlıq üçün bir birimizə kömək edərik.


Gözlədiyimiz şeylər gözləmədiyimiz istiqamətdə gedirsə bizlərin bilə bilmədiyi mütləq ki, nələrsə vardır.
İki gün keçməsinə baxmayaraq, elanla bağlı heç bir xəbər hələ yox idi. Əlindən başqa nə gələ bilər deyə düşünməyə başladım. Heç bir şey ağlıma gəlmir, praktikam bugündür hazırlaşıb tez getməliyəm.


Aylar Sonra...


Keçilməz bariyerlər, itirilən insanlar və unudulan hisslərlə dolu olan bu həyat.
Yanıma qoyduğum qəfəsdəki quşcuğaz gözləriylə sanki mənə bunları deyirdi, axı oda unudulmağın qurbanına çevrilib.
Praktikam zamanı xəstəxanada qarşılaşdım onunla, məndə olan əmanətindən söz açdım o isə sadəcə xatırlamıram, bilmirəm cümləsi ilə kifayətləndi.
Həkimlərdən onun haqqında aldığım məlumatı eşidəndə çox kədərləndim, çünki bir daha heç nəyi xatırlamayacaq. Nə keçmişini nə də, gələcəyini amma, xatırlayaq ki, gələcək elə bugündür. Bəli məhz elə bu andır, xatırlamadığın keçmiş və gələcəkdir.


Hekayə mənim icazəm olmadan başqa yerlərdə paylaşılması qadağandı.!


Yazar: Ali, M..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 531 497 548 545 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.