_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 11-07-2018, 09:34

Milyonlarla telefonun xarab olma səbəbi

Milyonlarla telefonun xarab olma səbəbi
Milyonlarla telefonun xarab olma səbəbi


Hər yerdə həmişə yanımızda daşıdığımız əl telefonları yüksək istiliklərdən mənfi təsirlənir, istifadəçilərin də bu mövzuda şüurlu hərəkət etməməsi böyük riskləri özü ilə gətirir.

Mütəxəssislər bildirirlər ki, cihazların ömürünü uzatmaq istəyənlər isti havalarda daha da diqqətli olmalıdır, xüsusilə əl telefonlarının günəş işığı və istiyə məruz qalmamalıdır.

Havanın hərarəti insanlara təsir etdiyi kimi, texnoloji cihazlara da olduqca çox güclü təsir göstərir. Əl telefonu, planşet və kompyuter kimi cihazlar, birbaşa günəş işığına məruz qaldığında istər prosessorlarında, istərsə də batareyalarında problemlər ortaya çıxır. Tətbiqlərlə birlikdə bəzən daha da çox istilənən əl telefonlarının günəşdə qaldığı zaman xarab olma riski 2 dəfə artır.

Tez-tez "Əl telefonum həddindən çox istilənir", "Öz-özünə bağlandı, ekranım donur" kimi şikayətləri eşidirik. Bu şikayətlərin əhəmiyyətli bir hissəsinin yüksək istiliyə görə baş verməsi ehtimalı olduqca yüksəkdir. Davamlı yüksək istiliyə məruz qalan və sintetik xammal ilə emal edilmiş əl telefonlarının ana kartları bu istiliyə görə rahatlıqla zərər görə bilər. Yüksək istiliyə məruz qalan və qoruma örtüyünə görə özünü soyuda bilməyən əl telefonunda zamanla deformasiyalar başlaya bilər, ana kart və batareya üzərində mənfi təsir yarada bilər. Bu mənfi təsirin uzun müddət davam etməsi vəziyyətində əl telefonunun batareyası şişir və istifadə edilməz hala gəlir.



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 517 522 516 536 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.