♥Мой Мир♥

♥Мой Мир♥ İslam Dini 25-05-2016, 09:00

Quranla dərman - “Nisa” surəsi

Quranla dərman - “Nisa” surəsi

"Nisa” surəsi


1-Zərr ibn Cəbiş deyir: Əmirəlmö`minin (ə) buyurdu: Hər kəs Cümə günləri Nisa surəsini oxusa qəbir sıxıntısından amanda qalacaqdır?

2 - Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəm (s.)-dan nəql edib ki, o Həzrət buyurdu:"Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki,özündən sonra gələn hər bir mö`minə miras-sədəqə vermişdir və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir."

Ömər ibn Xəttabdan (Raşidin xəlifələrindən rəvayət olunub. O deyib: Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir. Əyyaşi (qabaqkı hədisi) Əmirəlmö`minindən də nəql edib.

Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla, darıxa və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. "Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəc`əl-ləna minlədunkə vəliyyən, vəc`əl-ləna min lədunkə nəsirən." (Nisa surəsi 75).

Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb yağış suyu ilə yusun və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. "İnnallahə yə`murukum ən tu`əddul-əmanati ila əhliha. Və iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən" (Nisa surəsi-58)

Çox danışanın sakitləşməsinə xatir bu ayəni yazıb ona bağlasanız az danışar. "La yuhibbullahul cəhrə bissui, minəl qəv`li illa mən zulimə, və kanəllahu səmiiən əlimmən". (Nisa surəsi 148).

Allah-taala buyurur: "La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə və kanəllahu səmiiən əliimən". Yə`ni "Allah bir kəsin öz sözləri ilə başqasının pisliklərinin izhar olunmasını (açıqlanmasını) sevmir, məgər ki, o kəs zülmə mə`ruz qalmış ola Allah eşidən və biləndir."

Bu ayəni çox danışan, xudbin,təkəbbürlü və öz danışığı ilə məğrur olan adamın müqabilində (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən bunu oxusan az danışacaqdır və əgər bir kəs bu ayəni ceyran dərisinə yazsa və özü ilə saxlasa, zalım yaxud cabbar hakimin yanına getsə ondan qorxarlar. Bu ayəni təkrar-təkrar oxusan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar və ona heç bir zərər dəyməz.

Əgər bu ayəni müşk, zəfəran və gülabla yazıb yağış suyu ilə yuyub, onu hakimin üstünə səpsən, ədaləti rəayət edib, doğuruluğa hökm edər.

Bu ayəni, paltarın bir parçasına (yaxasına) yazsınlar, o paltarı cümə axşamı kəsib və sonra onu acı dil arvadın evinin astanasında basdırmaq lazımdır. İnşaallah onun dili qısalar.

Mənbə: "Quranla dərman" kitabı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
782 811 709 858 718 810

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.