_Yene_Tenha_

_Yene_Tenha_ İdman 23-07-2018, 13:00

Məsud Özil Almaniya yığmasından getdi

Məsud Özil Almaniya yığmasından getdi
Məsud Özil Almaniya yığmasından getdi


Almaniya yığma komandasının türk mənşəli futbolçusu Məsud Özil millidəki karyerasını bitirib.

Bu haqda futbolçunun özü Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, belə qərarın səbəbi Almaniya Futbol Federasiyasının ona qarşı haqsız münasibətidir.

Özil əlavə edib ki, alman yığmasının formasını qürur və sevinclə daşıyırdı, amma indi hər şey dəyişdi. Futbolçu qeyd edib ki, bu qərarı qəbul etmək onun üçün çox çətin idi.

"Almaniya Futbol Federasiyasının yüksəkvəzifəli məmurları mənim türk köklərimə hörmət etmirlər və məni siyasi təbliğata xudbincəsinə çəkirlər. Daha buna dözməyəcəm", - o yekunlaşdırıb.

Xatırladaq ki, cari ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada olarkən Məsud Özillə görüşüb. Daha sonra Almaniya Futbol Federasiyasının başçısı Qrindel Raynxard onların görüşü haqqında tənqidlə çıxış edib. Alman futbolçu həmçinin, Ərdoğanla şəkil çəkib və bunu onda iki - alman və türk ürəyinin olması ilə izah edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 509 501 464 486 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.