Bu şəkillər cütlüyə baha başa gəldi

Bu şəkillər cütlüyə baha başa gəldi
Bu şəkillər cütlüyə baha başa gəldi

Antalyada şəkil çəkdirmək istəyən cütlük qəribə hadisə ilə üzləşib.

Loading.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamiləliyinin 8-ci ayında olan Elif Demir adlı qadın doğacak körpəsinə xatirə olması məqsədi ilə fotosessiya etdirmək qərarına gəlib.

O, əri İsmail Saygılı ilə birgə Antalyanın Alanya əyalətində yerləşən bir oteldə və sahildə fotosessiya etdirib. Fotoqraf cütlüyün şəkillərini əvvəlcə oteldə, daha sonra sahildə lentə alıb.

Bu zaman isə əyalətdə yaşayn 8 kişi əllərində silah və daşlarla onlara hücum ediblər. Fotoqraf qaçsa da, Elif və İsmail ələ keçib. Kişilər “Bu ərazi bizimdir. Sizə bizim ərazidə şəkil çəkdirməyə kim icazə verib? Bu dəqiqə fotoqraf gəlsin və bütün şəkilləri silsin” deyiblər.

Qorxuya düşən Elifi sancı tutub və onu tez təcili yardım vasitəsilə xəstəxanaya aparıblar. Xəstəxanadan çıxdıqdan sonra isə cütlük həmin sakinləri polisə verib və körpələri üçün xatirə olaraq lentə almaq istədikləri anı heç vaxt unutmayacaqlarını bildiriblər.









Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
643 555 556 466 561 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.