UEFA “Fənərbaxça”nı cəzalandırıb
Avropa futbol qurumu istanbulluların baş məşqçisi və iki futbolçusu barədə qərar verib. UEFA-nın Etika və İntizam Komitəsi Avropa Liqasının 1/8 final mərhələsinin "Braqa" ilə oyununda qırmızı vərəqə almış Volkan Şən və Alper Potuku ağır cəzaya məruz qoyub. Hakimə hücum edən və meydandan qovulan Volkan Şən bu il dekabrın 31-ə kimi UEFA-nın bayrağı altında keçirilən oyunlardan kənarlaşdırılıb.
Digər futbolçu Alper Potuk 3 oyunluq cəzalanıb. Baş məşqçi Vitor Pereyranın cəzası isə 1 oyun olub.
Bundan başqa UEFA "Fənərbaxça”nı 15 min avro cərimə edib.
Bundan əvvəl isə “Fənərbaxça” rəhbərliyi “Braqa”yla Avropa Liqası matçında (1:4) qırmızı vərəqə görən futbolçularla bağlı qərarını açıqlayıb.
Klub rəhbərliyi “Braqa”ya oyunda meydandan qovulan Mehmet Topal və Alper Potukla bağlı hansısa qərar qəbul etməyib. Amma matçın baş hakiminə fiziki təzyiq göstərən Volkan Şənin cəzası yetərincə ağır olub. "Fənər” rəhbərliyi hakimə hücum etdiyi üçün meydandan qovulan Şəni 50 min dollar cərimə edib.