_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 13-08-2018, 17:32

“Məlik” tələffüzü düzgündür yoxsa “malik”?

“Məlik” tələffüzü düzgündür yoxsa “malik”?


Fatihə surəsinin 4-cü ayəsində "məlik" tələffüzü düzgündür yoxsa "malik"?

Ərəb qrafikasında bəzən uzun saitlər "əlif"lə, bəzən isə "əlif"siz, hərfin üzərinə mədd adlı işarə qoymaqla ifadə edilir. Quran nüsxələrində də bəzi sözlər əlifsiz, mədd ilə yazılır, amma bu sözlərin müasir yazılış tərzində əlifdən istifadə edilir: məsələn, sırat, səlat, rəhman və s.

"Malik" kəlməsi də klassik Quran nüsxələrində "m-l-k" formasında yazılırdı. Buna görə də kəlmənin həm "malik", həm də "məlik" şəklində tələffüzü yayılmışdır. Hər iki tələffüz formasını təsdiq edən hədis və rəvayətlər vardır. Məşhur Quran qiraətlərinin bir qismində bu kəlmə "malik", bir qismində də "məlik" kimi oxunur. Variantların ikisinin də mənası yaxındır. Bəzi alimlər bu variantlardan birinin daha üstün olduğunu əsaslandırmağa çalışmış, həta bu mövzuda müstəqil kitab qələmə almışlar. İslam aləmində daha geniş yayılmış Asim qiraətinə görə, bu kəlmə "malik" şəklində tələffüz edilir. Müasir müctəhidlərin bir qismi məhz "malik" şəklində tələffüz etməyi ehtiyata uyğun bilirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
800 835 782 790 698 753

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.