❤ Səni sənsizdə sevərəm ❤

❤ Səni sənsizdə sevərəm ❤
❤ Səni sənsizdə sevərəm ❤

Gedirsənsə, get tərk edib,
Sənə xoşbəxtlik dilərəm.
Yoxluğunu mən dərk edib,
Səni sənsiz də sevərəm.

Düşünmə ki, bitər eşqim,
Yolun azar, itər eşqim,
İkimizə yetər eşqim,
Səni sənsiz də sevərəm.

Xəyalın ki, yanımdadır,
Hər dəqiqəm, anımdadır,
Eşqin ruhu canımdadır,
Səni sənsiz də sevərəm.

Həsrət həmdəm olar mənə,
Qəlbim alovlanar yenə,
Daha çox bağlanıb sənə,
Səni sənsiz də sevərəm.

Sevəcəyəm sənsiz belə,
Ömür boyu çəksəm çilə,
Ayrılıq son deyil hələ,
Səni sənsiz də sevərəm.

Gedirsənsə, get tərk edib,
Sənə xoşbəxtlik dilərəm.
Yoxluğunu mən dərk edib,
Səni sənsiz də sevərəm.


[media=https://youtu.be/eIuHibWywrM]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
729 726 682 720 649 680

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.