Angel Girl

Angel Girl İslam Dini 11-12-2015, 18:08

Möminin niyyəti, onun əməlindən üstündür...

Möminin niyyəti, onun əməlindən üstündür...


Həzrət Peyğəmbər (s) buyurur: “Dünya möminin zindanı və kafirin behiştidir”.
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Dua - möminin silahıdır”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “Möminin niyyəti möminin əməlindən üstündür”.
İmam Əli (ə) buyurur: “Hikmət - möminin itmişidir”.
Rəsulallah (s) buyurur: “Namaz - möminin nurudur”.
İmam Əli (ə) buyurur: “Möminin Allah qorxusuna görə ağlaması, gözünün aydınlanmasına səbəb olar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin nicatı - dilini saxlamasındadır”.
İmam Sadiq (ə) buyurur: “Hər kim susuz möminə su verər, Allah Qiyamət günü onu Öz kölgəsinə aparar və behişt içəcəyindən ona içizdirər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Möminin şərəfi - gecə oyaq qalmasındadır”.
İmam Əli (ə) buyurur: “Mömin düz danışan və ayıq ürəklidir”.
İmam Səccad (ə) buyurur: “Möminin mömin qardaşının üzünə sevgi ilə baxması - ibadətdir”.
İmam Muhəmməd Təqi (ə) buyurur: “Möminin izzət və şəxsiyyəti, başqalarından ehtiyacsız olmağı ilədir”. (Tebyan)


Möminin niyyəti, onun əməlindən üstündür...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
835 925 852 816 828 771

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.