Kənan Heydərov

Kənan Heydərov İdman 2-09-2018, 09:45

“Fənərbağça” məğlub oldu

“Fənərbağça” məğlub oldu
“Fənərbağça” məğlub oldu

Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda “Fənərbağça” komandası öz meydanında “Kayserispor” klubu ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda ötən mövsümün ikincisi “Fənərbağça” klubu rəqibinə 2:3 hesabı ilə məğlub olub.



Hesab 13-cü dəqiqədə açılıb. Qonaq komandanın qapısından topu “Fənərbağça”nın hücumçusu Andre Ayyu keçirib. İkinci hissənin əvvəlində “Kayserispor” hesabı bərabərləşdirib. Cavab topunu 52-ci dəqiqədə Bernard Mensah vurub. Bu qoldan beş dəqiqə sonra İstanbul təmsilçisinin yeni transferi İslam Slimani komandasını yenidən hesabda irəli çıxarıb. Altmış birinci dəqiqədə “Fənərbağça”nın slovakiyalı müdafiəçisi Martin Skrtel topu öz qapısından keçirib - 2:2. Yetmişinci dəqiqədə Tjaron Çeri komandasının üçüncü qoluna imza atıb. Bu, oyunda vurulan sonuncu top olub və Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə üçüncü dəfə meydançanı məğlubiyyətlə tərk edib.



Bu komandalar Türkiyə çempionatında 52 dəfə qarşılaşıblar. Bu oyunlardan 31-də "Fənərbağça", 7-də "Kayserispor" qalib gəlib, 14 görüş isə heç-heçə qurtarıb.



Dördüncü turunun maraqla gözlənilən qarşılaşmalarından biri bu axşam “Qalatasaray” və “Trabzonspor” arasında keçiriləcək. İndiyədək keçirdiyi üç oyunun hamısında qalib gələn İstanbul təmsilçisi hazırda 9 xalla çempionatda liderlik edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
642 696 538 566 644 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.