Esmeralda

Esmeralda Xəbərlər 11-09-2018, 12:18

Zorlanmamaq üçün özünü pəncərədən atdı - Bakıda ŞOK OLAY

Zorlanmamaq üçün özünü pəncərədən atdı - Bakıda ŞOK OLAY


Bakıda evin pəncərəsindən özünü atan qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Loading.az publika.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsi, Seyidov küçəsindəki binada yaşayan 1972-ci il təvəllüdlü Z.Məmmədova özünü 3-cü mərtəbədən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadına onurğanın küt travması diaqnozu qoyulub.

Hadisə ilə bağlı media.az saytının yaydığı xəbərdə qeyd edilib ki, Z.Məmmədova hadisədən öncə tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 466 439 446 434 467

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.