Allaha küsmüş sərçənin ibrətlik hekayəsi
"Sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma
sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış,
dərin bir hüznə boğulmuşdu. Artıq Rəbbinə heç
bir şey demir və onunla danışmırdı!
Mələklər maraqla Allahdan sərçəni soruşur və hər
dəfə də Allah, mələklərə “o gələcək” deyə cavab
verirdi. “Çünki onun səsini eşidən yeganə qulaq
Mənəm və onun kiçik qəlbindəki dərdini anlayan
da təkcə Mənəm” deyirdi.
Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü
yaşla dolu bir halda bir ağacın budağına qondu.
Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz
gözləyirdi.
Allah, sərçəyə səsləndi. “Söylə mənə! Canını
sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?”
Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı.
Sərçə məhzun, bir az da sitəmli səs tonu ilə dedi;
“Kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim,
üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat
etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi.
Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox
gördün. Nə idi o vaxtsız fırtına? Əsib yıxdı yuvamı
və məni yuvasız qoydu.” Artıq danışa bilmədi
sərçə, sözləri boğazında düyünləndi.
Səssizlik Ərşi-Rəhmanı bürümüşdü. Mələklər
başlarını əymiş, Allahın verəcəyi cavabı gözləyirdi.
Allah; “sən, o yuvanda dincələrkən səni ovlamaq
istəyən bir ilan yuvana doğru gəlirdi, səni ilandan
qorumaq üçün fırtınaya əmr etdim ki, yuvanı
yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq ilandan
qurtuldun. Məhəbbətimlə səndən uzaqlaşdırdığım
o qədər bəlalar var ki..... Səni əhatə edən
məhəbbətimi görmürsən, müvəqqəti bəlalara görə
Mənə düşman olursan.
Sərçənin gözləri doldu və hönkür- hönkür
ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət
və mərhəmətinə heyran qaldı. Utanqaç bir səslə:
“Əfv et Allahım “ deyə bildi sadəcə. Könül sözü
Ərşi- İlahidə əks etdi.....“Əfv et Allahım!”
Başımıza gələn hər musibətdə, əlbəttə ki çox
xeyirlər gizlidir. Rəbbimizə üsyan etmək yerinə,
olanda xeyir vardır deyərək riza göstərmək
lazımdır..






