reklam
Niyə Quranın əksər ümumi ayələrində yalnız kişilərə müraciət edilir? Niyə Quranın əksər ümumi ayələrində yalnız kişilərə müraciət edilir? https://sun.az/uploads/posts/2023-06/thumbs/1686392505_quran-780x470.webp
ice berg

ice berg İslam Dini 10-06-2023, 16:00

Niyə Quranın əksər ümumi ayələrində yalnız kişilərə müraciət edilir?

Niyə Quranın əksər ümumi ayələrində yalnız kişilərə müraciət edilir?
Niyə qadınlara ayrıca müraciət olunmur? Əvvəla, Qurani-Kərimdə guya qadınlara heç bir dəyər və əhəmiyyət verilməməsi barədə iddianın heç bir əsası yoxdur. Müqəddəs Kitabın xeyli ayəsi qadınlarla, onların hüquq və vəzifələri, şəriət hökmləri, əxlaqı ilə bağlıdır. Ayələrin əksəriyyətində qadınlarla bağlı hökmlər ya ümumi şəkildə, nəql formasında verilir, ya da kişilərə müraciət olunaraq qadınlarla bağlı məsələləri onlara çatdırmaları əmr edilir. Bu ilk növbədə o dövrün sosial vəziyyətindən və düşüncə tərzindən qaynaqlanırdı. Unutmaq olmaz ki, Quran VII əsrdə Ərəbistan mühitində nazil olmuşdur və ayələr də o zamankı insanların düşüncə tərzinə uyğun olmalı idi. İkincisi, qadınlarla bağlı əksər hökmlərin icrası məhz kişilərin üzərinə düşür. Kişi ailədəki mövqeyinə uyğun olaraq, ailədaxili münasibətləri, hüquq və vəzifələri tənzimləməli, qadın üçün lazımi şəraiti yaratmalıdır. Ayə və hədislərdə dönə-dönə vurğulanır ki, əgər kişi qadına qarşı haqsızlıq edirsə, böyük günah qazanır. Qadınlarla bağlı bəzi hökmlərin kişilərə müraciətlə verilməsi əslində bu məsələdə kişilərin məsuliyyətini artırmaq, onların cavabdehlik daşıdıqlarını vurğulamaq üçündür. Kişilərə müraciətlə bəyan edilmiş ayələrdə yalnız qadınların xeyrinə uyğun olan əmr və tövsiyələr verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 183 272 219 163 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.