Esmeralda

Esmeralda Texnologiya 14-09-2018, 10:00

"Inbox" poçt xidmətinin fəaliyyəti dayandırılır

"Inbox" poçt xidmətinin fəaliyyəti dayandırılır


ABŞ-ın "Google" şirkəti "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız "Gmail" üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.

Loading.az AZƏRTAC-a istinadən bildirir ki, 2014-cü ildən "Gmail" poçt xidmətinin əsasında işləyən həmin xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi "Gmail"də tətbiq ediləcək. "Inbox" xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.

Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.

Məlumat üçün bildirilir ki, avqustun 24-də "Google" şirkəti "Gmail" elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
601 513 522 471 520 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.