Kənan Heydərov

Kənan Heydərov İdman 15-09-2018, 11:15

“Qalatasaray” darmadağınla zirvədə

“Qalatasaray” darmadağınla zirvədə
“Qalatasaray” darmadağınla zirvədə

Türkiyə Superliqasında beşinci tur start götürüb.

Məlumatına görə, turun açılış matçında “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı sınağa çəkib.

Ötən tur səfərdə “Trabzonspor”a böyükhesabla (0:4) uduzan “Qalatasaray” liderliyi əldən vermişdi. “Kasımpaşa” isə ilk 4 turda xal itirməyən yeganə komanda kimi turnir cədvəlinin vahid lideri idi.

“Türk Telekom Arena”da keçirilən matçın ilk yarısında qapılara qol vurulmayıb. 55-ci dəqiqədən “Qalatasaray” rəqib qapısını “atəşə tutub”. Matç “Cim-Bom”un 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

“Qalatasaray” - “Kasımpaşa” 4:1
Qollar: Derdiyok, 55 (1:0), Rodrigez, 58 (2:0); 65 (3:0), Diagne, 76-pen (3:1), Aziz, 77 (4:1)

Bu qələbə sayəsində xallarının sayını 12-tə çatdıran “Qalatasaray” yenidən turnir cədvəlinin zirvəsini ələ keçirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
628 578 577 624 521 599

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.