HASANLY

HASANLY İdman 15-12-2024, 19:39

Premyer Liqa: "Zirə" "Turan Tovuz" görüşündə qapılara qol vurulmayıb

Premyer Liqa: "Zirə" "Turan Tovuz" görüşündə qapılara qol vurulmayıb
Azərbaycan Premyer Liqasının 17-ci turunda "Zirə" "Turan Tovuz"la heç-heçə edib.

Loading.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra "Zirə" 27 xalla dördüncü, "Turan Tovuz" isə 31 xalla üçüncü pillədə qalıb.

Qeyd edək ki, turun ötən gün keçirilən oyunlarında "Sabah" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Şamaxı" - "Səbail" görüşü isə qolsuz bitib.

Hazırda isə Bakıda "Neftçi" - "Kəpəz" görüşü start götürüb.

Günün son qarşılaşması "Neftçi Arena"da baş tutacaq. "Kəpəz" səfərdə "Neftçi"nin qonağı olacaq. Cavid Cəlilovun idarə edəcəyi görüş saat 18:30-da başlayacaq. "Neftçi" turnir cədvəlində 13 xalla səkkizinci yerdədir. Bir pillə aşağıda olan Gəncə klubunun isə 10 xalı var.

Misli Premyer Liqası

II dövrə, XVII tur

15 dekabr

16:00. "Zirə" - "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə İdman Kompleksinin stadionu

18:30. "Neftçi" -" Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.

VAR: Rəşad Əhmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

"Neftçi Arena"

Qeyd edək ki, XVIII turda ötən gün iki qarşılaşma baş tutub. "Sabah" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. "Şamaxı" - "Səbail" görüşü isə qolsuz bitib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 279 300 237 313 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.