HASANLY

HASANLY İdman 19-10-2024, 21:16

Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib

Azərbaycan Premyer Liqası: "Araz-Naxçıvan" "Şamaxı"nı məğlub edib
Azərbaycan Premyer Liqasının X turunda "Araz-Naxçıvan" komandası səfərdə "Şamaxı"nı məğlub edib.

Loading.Az bildirir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Elmar Baxşıyevin rəhbərlik etdiyi Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 73-cü dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

Qeyd edək ki, X turda bu gün daha bir matç baş tutacaq. "Səbail" səfərdə "Neftçi"nin qonağı olacaq. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.

Əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda saat 15:30-da başlayacaq qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.

"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

19 oktyabr

15:30. "Şamaxı" - "Araz-Naxçıvan"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Şamaxı şəhər stadionu.

18:00. "Neftçi" - "Səbail"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

"Neftçi Arena".

Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 366 232 288 261 232

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.