ice berg

ice berg İdman 14-05-2023, 13:30

“Qarabağ” Azərbaycan çempionu olub

“Qarabağ” Azərbaycan çempionu olub
“Qarabağ” Azərbaycan çempionu olub.
Bu, Misli Premyer Liqasının XXXIV turunda rəsmiləşib.

Səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 2022/23 mövsümünün qalibi olub. “Sabah”la xal fərqini 10-a yüksəldən Qurban Qurbanovun yetirmələri sona iki tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

Bununla da “Qarabağ” tarixində 10-cu dəfə ölkə çempionu adını qazanıb. Bu, Ağdam klubuna hər biri 5 çempionluğu ifadə edən ikinci ulduza yiyələnmək imkanı verib.

“Qarabağ” son 10 ildə 9-cu zəfərini bayram edib. Bu müddətdəki uğurların hamısı Qurban Qurbanovun baş məşqçiliyi altında reallaşıb.

“Qarabağ” bununla Çempionlar Liqasına vəsiqə qazanıb. Ağdam klubu ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək. (apasport.az)

Azərbaycan çempionları:

1992. “Neftçi” (Bakı)

1993. “Qarabağ” (Ağdam)

1993/94. “Turan” (Tovuz)

1994/95. “Kəpəz” (Gəncə)

1995/96. “Neftçi” (Bakı)

1996/97. “Neftçi” (Bakı)

1997/98. “Kəpəz” (Gəncə)

1998/99. “Kəpəz” (Gəncə)

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. Yarımçıq qalıb

2002/03. Keçirilməyib

2003/04. “Neftçi” (Bakı)

2004/05. “Neftçi” (Bakı)

2005/06. “Bakı”

2006/07. “Xəzər Lənkəran”

2007/08. “İnter” (Bakı)

2008/09. “Bakı”

2009/10. “İnter” (Bakı)

2010/11. “Neftçi” (Bakı)

2011/12. “Neftçi” (Bakı)

2012/13. “Neftçi” (Bakı)

2013/14. “Qarabağ” (Ağdam)

2014/15. “Qarabağ” (Ağdam)

2015/16. “Qarabağ” (Ağdam)

2016/17. “Qarabağ” (Ağdam)

2017/18. “Qarabağ” (Ağdam)

2018/19. “Qarabağ” (Ağdam)

2019/20. “Qarabağ” (Ağdam)

2020/21. “Neftçi” (Bakı)

2021/22. “Qarabağ” (Ağdam)

2022/23. “Qarabağ” (Ağdam)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
593 536 487 515 642 530

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.