HASANLY

HASANLY İdman 10-03-2025, 11:16

Misli Premyer Liqası: XXVI tura iki görüşlə yekun vurulacaq

Misli Premyer Liqası: XXVI tura iki görüşlə yekun vurulacaq
Bu gün Misli Premyer Liqasıda XXVI turun son oyun günündə iki görüş keçiriləcək.

Loading.Az xəbər verir ki, "Sumqayıt" "Kəpəz"i saat 17:00-da, "Neftçi" isə "Turan Tovuz"u saat 19:30-da qəbul edəcək.

Xatırladaq ki, turun ilk oyunlarında "Zirə" "Səbail"i, "Şamaxı" "Sabah"ı 1:0, "Qarabağ" isə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hazırda aktivində 63 xalı olan "Qarabağ" bütün rəqiblərini qabaqlayaraq turnir cədvəlinin lideridir. "Zirə" 51 xalla ikinci, "Araz-Naxçıvan" isə 46 xalla üçüncüdür. 42 xalı olan "Turan Tovuz" dördüncü sırada qərarlaşıb. Beşinci pillədəki "Sabah"ın 34 xalı var. Hərəyə 27 xalı olan "Neftçi" və "Şamaxı" altıncı və yeddinci yerləri bölüşür. Hərəyə 22 xalı olan "Sumqayıt" və "Kəpəz" isə səkkizinci və doqquzuncu sıralardadır. 18 xalı olan "Səbail" isə turnir cədvəlinin 10-cusu, yəni sonuncusudur.

10 mart

Misli Premyer Liqası

XXVI tur

Saat 17:00, "Suqmayıt" - "Kəpəz";

Saat 19:30, "Neftçi" - "Turan Tovuz".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 346 230 207 231 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.