HASANLY

HASANLY İdman 14-12-2024, 11:55

Azərbaycan Premyer Liqası: XVII tura iki görüşlə start veriləcək

Azərbaycan Premyer Liqası: XVII tura iki görüşlə start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XVII tura iki oyunla start veriləcək.

Loading.Az xəbər verir ki, ilk oyun günündə "Şamaxı" "Səbail"i saat 14:00-da, "Araz-Naxçıvan" isə "Sabah"ı saat 16:30-da qəbul edəcək.

İkinci oyun günündə "Zirə" "Turan Tovuz"la, "Neftçi" isə "Kəpəz"lə dekabr ayının 15-də üz-üzə gələcək. Tura "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hazırda aktivində 39 xalı olan "Araz-Naxçıvan" turnir cədvəlinin lideridir. Bir oyun az keçirən "Qarabağ" 38 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 30 xalla "Turan Tovuz" qapayır. "Zirə" 26 xalla dördüncü, "Sabah" isə 23 xalla beşincidir. Altıncı sıradakı "Sumqayıt"ın 19 xalı var. Hərəyə 13 xalı olan "Şamaxı" ilə "Neftçi" yeddinci-səkkizinci pillələri bölüşürlər. "Kəpəz" 10 xalla doqquzuncu, "Səbail" isə 9 xalla sonuncudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 282 238 228 276 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.