HASANLY

HASANLY İdman 19-10-2024, 21:32

Azərbaycan Premyer Liqası: "Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqası: "Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı
Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb.

Loading.Az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə 3:1 hesablı qələbə qazanıb.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyük hesablı üstünlüklə ayrılıb - 5:0. X turun digər görüşləri sabah oynanılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 284 281 218 196 240

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.