Esmeralda

Esmeralda Şeirlər 21-09-2018, 20:22

Gəl yenə görüşək

Gəl yenə görüşək


Ağlıma gəlməyən başıma gəldi,
Bəlkə biz bu işə bir əlac qılaq?
Görüşüb ayrılmaq xoşuma gəldi,
Gəl yenə görüşək, yenə ayrılaq.

Gəl yenə görüşək bir sevgi istə,
Saxta gülüşlərlə, saxta baxışla,
Yenə də adi bir səhvimin üstə,
De ki, "mən gedirəm, məni bağışla".

Mən də razılaşım, susum lal kimi,
İzləsin qəm dolu baxışım səni.
Cavabı olmayan bir sual kimi,
Gələndən, gedəndən soruşum səni.

Kaş mənim yanımda qalaydın, ya da,
Nə bilim, başqa bir yolu seçəydin.
Ürəyin belə çox yanırdısa da,
Aramızdan keçən suyu içəydin...

Xəzər Süleymanlı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
729 824 695 699 698 628

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.