Tramp: "Heç vaxt pivə içməmişəm"

Tramp: "Heç vaxt pivə içməmişəm"


ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin sədri vəzifəsinə namizəd Bretta Kavanonun spirtli içkilərə meyl göstərməsi barədə məlumatı şərh edib.

Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir və həyatında heç vaxt pivə içməyib.

"Düşünmürəm ki, o yalan deyir. Mən özüm içmirəm, açığını deyim ki, heç vaxt pivə içməmişəm. İçmirəm. Siz təsəvvür edə bilərsiniz ki, içsəydim, nələr edərdim. Mən dünyada ən pis olardım. Amma heç vaxt içmirəm, - deyə o, jurnalistlər qarşısında çıxışında deyib.

Trampın sözlərinə görə, Kavanonun gəncliyində "çətinlikləri" ola bilər. Lakin ali məktəbdə pivə içən adamlar çox olub. Prezident qeyd edib ki, Kavanonun ətrafında bu məsələyə görə "əcinnə ovçuları"nın olmasını istəməzdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 335 275 273 280 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.