Esmeralda

Esmeralda Texnologiya 4-10-2018, 08:22

İnternetdə parol olmayacaq?

İnternetdə parol olmayacaq?


Son illərdə "Əşyalar interneti" qurğularının geniş yayılması onu göstərir ki, sözügedən qurğular yalnız insanların həyatını asanlaşdırmır, həm də hakerlər tərəfindən müdaxilə olduğu halda müxtəlif xoşagəlməz hadisələr yaşana bilər. Məsələn, hakerlər "ağıllı" ev və ya router qurğuları üzərində nəzarəti ələ keçirə bilər. Təhlükəsizlik sahəsi üzrə mütəxəssislər dəfələrlə belə qurğuların təhlükəsizlik sisteminin zəif olmasını vurğulayıb, onlar "Əşyalar interneti" qurğularının ən zəif tərəflərindən biri kimi istehsalçılar tərəfindən başlanğıc ayar kimi quraşdırılan giriş şifrini qeyd ediblər. Kaliforniya ştatının hakimiyyəti bu problemi aradan qaldırmağı planlaşdırır.

Loading.az ICTnews-a istinadən bildirir ki, bu yaxınlarda Kaliforniya ştatının qubernatoru Cerri Braun istehsalçıların üzərinə internetə qoşulan qurğuların informasiya təhlükəsizliyinin əlavə təmin edilməsi üzrə öhdəlik qoyan qanun imzalayıb. İnternetə daxil olan qurğuların başlanğıc ayar kimi unikal parola malik olması tələb olunur.

Yeni qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 494 487 510 514 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.