Bir günlük ömür
1 ANLIQ DÜŞÜN KI, ÖMRÜN BİR GÜNDÜR
Səhərə çıxandan sonra keçən gecəyə baxma…
Çünki şər və xeyir ilə keçən dünəni deyil bu günü yaşayacaqsan…
Fikirləş ki, ömrün sadəcə birgün, o da bu gündür…
Bu gün doğuldun və bu gün Rəbbinə qovuşacaqsan…
Keçmişin kədəri, gələcəyin qayğısı ilə ayağının büdrəməsinə icazə vermə…
Bütün diqqətini, fikrini, çalışmağını, bu günə həsr et...
Ömrünün bu son gününün namazlarını mütləq surətdə xüşu içində yerinə yetir!
Qurani-Kərimi təfəkkür edərək oxu. Təsbihlərini ilahi hüzurda imiç kimi et…
Bir günlük ömür
Əxlaqına, əməllərinə diqqət et…
İnsanlara faydalı olacaq işlər haqqında son dərəcə əzmkar və çalışqan olaraq gününü başa vur…
Bu son gününün saatlarını yaxşı istifadə et…
Dəqiqələrini illərə, saniyələrini aylara çevir…
Bir günlük ömür
Həyat yoldaşını və övladlarını xoşbəxt et...
Uca Mövlanı çox zikr et…
Bu gün tarlana xeyir ək…
Günahlarından tövbə et…
Kindən, həsəddən uzaq ol…
Rizqinə razı ol…






