KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 18-03-2023, 17:30

Huseyn ibn Eli

Huseyn ibn Eli
İmam Hüseyn adı, Əbu Abdullah[2][3] künyəsi ilə məşhurdur.[4][5][6][7] Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsidir.[8] Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası olaraq elan etmişdir. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında iştirak edərək, döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətcə Həsənin sülh müqaviləsinə sadiq qalmışdır.

680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvəti üzərinə Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizliklərindən ötəri Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq Kufə və oradan da Şama göndərilmişdir.

Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixi və şiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin hadisələrindən biri olaraq sayılmaqdadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 528 537 568 535 603

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.