~Uğurböceyi ilə səmimi söhbət~


Hərkəsə Allahın Salamı olsun dostlar necəsiz?
Deməli dostlar bu lahiyə Poppy nikinə aiddir amma o davam etdirmir mən eləyəcəm
İndi Ugurboceyi adlı üserimizlə davam edirik
Keçək söhbətimizə

1. Salam Ugurboceyi. Xoş gəlmisən.) İlk öncə necəsən?
Salam can çox sagol şükür yaxşıyam.

2. Saytdakı rütbəndən razısan?
Mənn raziyam da bilmirəm rütbəm məndən razımı əsas o maraqlidi imkan olsa ondan da soruşararsan)
Yəni narazı olmağım üçün əsas yoxdu hələ son zamanlar çox passivəm təiki dərslərlə əlaqəlidi.

3. Saytda ən sevdiyin userlər kimlərdir? Bizə bir neçəsini say.
Əslində ünsiyyətdə olduğum userlərin 99% mənimçün dəyərlidi
ad saymaq istəməzdim amma sayım
ele biri sən-Poppym Esmeralda Marvelimiz vardı Ayka Kenan0001 Sensiz darixiram. Asiman ve başqalari yaddan cixanlar bağışlayin.

4. Səncə hansı daha qısqancdı. Qızlar yoxsa oğlanlar?
Əslində bu qız oğlan deyə ayırd ediləcək bir şey deyil insandan asılıdı
özümdə qısqanc biriyəm ve etrafımda tanıdığım oğlanlar varki çox qısqanc ola bilirlər yəni bu sualın konkret cavab vermək məncə mümkün deyil.

5. Film izləməyi sevirsən? Bizə bir film məsləhət gör.
Film çox sevirəm imkan olduqca da izləyirəm mən daha çox fantastika macera aksion bezen hətda qorxu filmleri izləyirəm amma tövsiyə etməyə nəsə ağlıma gəlmədi bir film vardı çox bəyənmişdim adı yadıma düşmür.

6. Səncə insanlar vazkeçilməzdi yoxsa biz imtina etməyı bacarmiriq?
Məncə insanlar vaz keçilməz deyil sadəcə çətindi həyatınızın mərkəzinə qoyduğunuz birilərini birdən yox saymaq olmamış kimi etmək nə qədər asan ola bilər axı həyatda vaz keçilməz nəsə yoxdu fikrimcə
bunu deyən mənəm hansı ki dəyər verdiyim insanlardan vaz keçə bilmirəm.

7. Həyatdakı ən böyük qorxun nədir? ( Saytda və ya realda)
Mənim ən böyük qorxum məncə yalnızlıq
Bir evdə tək qalmaq mənasında deyil yalnız hiss etmək kimi istəmərəm heç .

8. Saytda heç qanın qaynamayan yada səbəbsizcə xoşun gəlməyən userlər var?
Var eslində ama kim olduğun deməyəcəm o qalsin.

9. Tərgidə bilmədiyin mənfi yaxud müsbət cəhətin var? Varsa bunu bizimlə paylaşarsan?
Hər insanda vardır yeqinki
bunu aid etmək olarmı sualının cavabına bilmirəm amma ən sevmədiyim şey çox sürətlə danışmağımdı
o qədər sürətli danişiram ki kimsə nəsə anlamır ne dediyimdən əsəbləşəndə dahada sürətli olur.
Birdə insanlara çox tez inanmağım.

10. Saytda səni ən əsəbləşdirən hadisə yaxud insan olubmu?
Belə lap cox eseblesdiren hadise bilmem xatırlaya bilmədim olmuşda ola bilir olmamışda .

11. Məzun olacaqsan 2019 - da inşAllah. Səncə niyə şagirdlərin çoxu məktəbin dəyərini sonuncu ildə anlayır ?
Hmmm yaralı yerimə dəydin bax belə hə 2019 məzunu olacayıq inşAllah
bilirsən dəyər bilmək necədi sadəcə məktəblə yox hər şeydə belədi insan biraz nankordu əlindəkinin qədrini yalnız itirdikdə anlayır
amma bir şeydə deyimki mən məktəbin qədrini bilənlərdən olmuşam
məktəb mənimçün çox əziz olub hər zaman
nə olur olsun cox sevmişəm bitəcək olmasına çox üzülürəm amma nə etmək olar hər yolun bir sonu var və buda bizim bu yolumuzun sonudu.

12. Əsəbləşəndə necə sakitləşdirirsən özünü?
Əsəbiyəmsə bir sözlə məni əsəbləşdirən görünməsin gözümə yoxsa sakitləşə bilmirəm buna görədə evdə əsasən otaga qaçmağa və tək qalmağa çalışıram .

13. Səncə xoşbəxtlik əlçatmazdı yoxsa biz onu doğru yerdə axtarmırıq?
Heç bir şey əl çatmaz deyildir eləcə də xoşbəxtlik
özümüz onu əl çatmaz yerə qoyuruq yada başqa insanlarda axtarırıq
yəni onu əl çatmaz edən hər kəs özüdür
həyatın ən çətin anında belə xoşbəxtlik əlçatan yerdə ola bilər əsas odu onu doğru yerdə axtarasan.

14. Sualları bəyəndin?
Çox beyendim maraqli suallar oldu.

15. Ən xoşuna gələn və çox mənasız gördüyün suallar hansı idi?
Ən xosuma gələn seçməktə çətinlik çəkirəm amma qoy məktəblə bağlı olanı deyim .

16. Son olaraq mənə bu ideyamla bağlı fikirlərini və iradlarını bildir.))
İdeyan nə deyim can Əvvəllər belə layihələr çox olardı son zamanlar yox idi yaxşı ki hazırladın userlərlə daya yaxından taniş olmaq ve birazda saytda istilik yaradir deyim bele layiheler mənə çox maraqlı oldu hər userə fərqli suallar qoyman .
Layihende yer verdiyin üçün unutmadığın üçün çooox sağol Ürəyim yaxşı ki varsan hər zaman burda ol və layihənə davam et.

Ümüd edirəm bəyənərsiz
P.S bu müsahibəni Poppy almışdı sadəcə məktub vasitəsilə mənə atdı mən redaktə etdim
Yəni suallar mənə aid deyil!!!







