_Yene_Tenha_

_Yene_Tenha_ İdman 7-10-2018, 10:23

"Real" XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib

"Real" XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib
"Real" XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib


Futbol üzrə İspaniya çempionatının 8-ci tur matçında Madrid "Real"ı "Alaves"ə 0:1 hesabı ilə məğlub olub.

Bu oyundan sonra madridlilərin qolsuz oyunlar seriyası ardıcıl 4 matça çatıb. Bu oyunlarda komanda üç məğlubiyyətə uğrayıb.

Bu qolsuzluq seriyası Kral klubu üçün XXI əsrdə ən pis nəticə kimi qeydə alınıb.

Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3). Eyni zamanda Çempionlar Liqasında Rusiya MOİK-inə 0:1 hesabı ilə məğlub olub.

"Real" yalnız 1982 və 1985-ci illərdə ardıcıl olaraq 4 oyunda qol vura bilməmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 542 520 452 494 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.