Mənhəcin düzgün olmaması bidətlə nəticələnir

Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: "İstər dostluq və düşmənçilik məsələsində olsun, istərsə də əmr sahiblərinə - əməlisaleh və ya günahkar - qulaq asıb itaət etmək məsələsində olsun, digər məsələlərdə müvafiq olsa da, bu məslələrdə "Nicat Tapmış Firqə" (Firqatun-Nəciyə), "Kömək Olunmuş Tayfaya" (Taifətul-Mənsura) müxalif olan sələf mənhəcindən çıxırmı?"
Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Bəli! Kimsə bir şeydə onlara müxalif olub, digər şeylərdə onlara müvafiq olarsa, müxalif olduğu şeydə onlardan sayılmasa da, müvafiq olan şeylərdə onlardan sayılır. O, böyük bir təhlükə uzərindədir. O: “Hamısı Cəhənnəmdə olacaq”- hədəsinə daxil olur. (“...Bunların birindən başqa hamısı Cəhənnəmdə olacaq” ət-Tirmizi, 2641, 2853). Bu müxalifliyi səbəbi ilə - əqidə məsələlərinin birində olsa belə - insan oda daxil ola bilər, çünki Allah Elçisi demişdir: “Hamısı Cəhənnəmdə olacaq” sözü o demək deyil ki, "onlar kafirdirlər və orada əbədi qalacaqlar". Onlar orada müxalifliklərinin miqdarına görə Cəhənnəmdə qalacaqlar. Çünki, müxaliflik bəzən dindən çıxaran olur, bəzən də dindən çıxarmayan olur". (Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar, 42-ci sual. səh.128).
Ona görə də kimdə bir bidət olsa belə ondan ehtiyat etmək lazımdır. Bidətçilərə qulaq asmaq, onların kitablarını oxumaq yalnız onlara rəddiyyə verib zəlalətlərini bəyan etmək istəyən elm əhlindən olan mütəxəssislərdən başqa heç kəsə icazəli deyil. Əks halda qəlb təsirlənər, şübhəyə düşər və onların şərinə düşər.
Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qymur, onun is vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?! Düzgün əqidəni qorumaq üçün belə insanlarla oturub-durmaqdan necə çəkindirilə bilməz?! Sələflər deyərdilər: “Mən razıyam ki, övladım zinaya düşsün və ya şərab məclisinə düşsün, amma razı deyiləm ki, övladım bidət məclisində olsun”.
Dərc etdi:Uğurböceyi






