CLoseYourEyeS

CLoseYourEyeS İdman 13-10-2018, 18:15

Azərbaycanda ən yaxşı valyuta məzənnələri burada! İDMAN "Olimpiya Oyunlarında fəxri kürsüyə qalxmaq çox gözəl hissdir" - Tarmenxan Babayev

Azərbaycanda ən yaxşı valyuta məzənnələri burada!  İDMAN "Olimpiya Oyunlarında fəxri kürsüyə qalxmaq çox gözəl hissdir" - Tarmenxan Babayev


"Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi turnirdir və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir".

Bunu Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Tarmenxan Babayev deyib.

85 kq çəki dərəcəsində yer alan 16 yaşlı idmançı məqsədinin "qızıl" əldə etmək olduğunu vurğulayıb: "Yarışın özü də yaxşı keçdi. Ümidim vətənə qızıl medalla qayıtmaq idi, amma "gümüş"lə kifayətləndim. Rəqiblərim də güclü idi. Mənə yalnız sona qədər mübarizə aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, daha əvvəl gimnast Yelizaveta Luzan və cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) isə bürünc medal qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 469 478 386 456 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.