Esmeralda

Esmeralda Xəbərlər 14-10-2018, 15:08

Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti

Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti
Müğənnilərimizin Yıldız Tilbe konsertindəki rəzaləti

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli müğənni Yıldız Tilbeninin Bakı Konqres Mərkəzində konserti baş tutub.

Loading.az oxu.az-a istinadən xəbər verir ki, konsertə təşrif buyuranların arasında yerli məşhurlar da olub. Ancaq onlar öz hərəkətləri ilə digər tamaşaçılardan seçiliblər.

Belə ki, ilk olaraq konsertə gələn müğənni Niyam Salami və Kərim Abasov əlində gül buketi ilə səhnənin önünə tərəf yaxınlaşıblar. Onlar səhnəyə çıxıb Yıldız Tilbeyə gül vermək istəsə də, ifaçıların istəyi baş tutmayıb.

Müğənninin komandası bildirib ki, səhnəyə heç kim çıxa bilməz və Tilbe səhnədə oxuyarkən narahat edilməsi düzgün deyil. Bu zaman Niyam Salami səhnənin qarşısına keçib gül vermək istədiyini bildirib. Mühafizəçilər onun bu istəyinin qarşısını alıb.

Yıldız Tilbe ifasını bitirdikdən sonra Niyam Salami və Kərim Abasov səhnənin önünə yaxınlaşıb müğənniyə gül uzadıblar. Həmin an "Biz şarkıcıyız" deyən Niyama Tilbeninin cavabı gözlənilməz olub. Belə ki, Tilbe Niyama "Böyük adamsınız?", - deyə cavab verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 728 633 609 674 650

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.