♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 12-06-2016, 23:26

"İPhone" üçün ən bahalı proqramlar

"İPhone" üçün ən bahalı proqramlar

Mir.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, ABŞ-ın "Apple" korporasiyasının istehsal etdiyi "iPhone" mobil telefonları üçün nəzərdə tutulmuş ən bahalı proqram əlavələrinin reytinqi hazırlanıb.

Reytinqi təqdim edirik:

1. "BarMax: California Edition"
- qiyməti 999,99 dollar. "iPhone" telefonları üçün dünyanın ən bahalı proqramını ABŞ-ın Kaliforniya ştatındakı tələbə imtahanlara hazırlıq zamanı ərsəyə gətirib. Hazırlıq kurslarına alternativ kimi nəzərdə tutulmuş proqramda Kaliforniya ştatındakı universitetlərinin test sualları və onların cavabları var.

2. "iVIP Black (iVIP Ltd.)"
- 999,99 dollar. Milyarderlər üçün nəzərdə tutulmuş proqramın məqsədi məhdud ayda insanların mal və xidmətlərdən istiadəsini təmin etməkdir. Lüks otellər, yaxtalar, helikopterlər və ya VİP salonlarda yeri bu proqram vasitəsilə sifariş vermək olar.

3. "iRa Pro (Lextech Labs)"
- 899,99 dollar. B proqram vasitəsilə kabelsiz internet bağlantısından yararlanaraq müşahidə kameralarından istifadə etmək mümkündür.

4. "MATG (MyAccountsToGo)"
- 449,99 dollar. Bu proqram internetdə FTP, http və ya HTTPS vasitəsilə maliyyə əməliyyatlarını təhlükəsiz şəkildə aparmağa imkan verir.

5. "PDR Quote (Labra PTY LTD.)"
- 349,99 dollar. Proqram maşın almaq istəyən şəxsə 900-dan artıq avtomobil salonundakı maşınların qiymətlərini təqdim edir.

6. "Mobile Cam Viewer (mobiDEOS, Inc.)"
- 349.99 dollar. " İra Pro" tipli müşahidə-təhlükəsizlik kamerasından istifadə edən bu proqram videoserverləri nəzarətdə saxlamağa imkan verir.

7. "Lexi-Dental Complete (Lexi-Comp)"
- 299,99 dollar. Əsasən tibb bacıları üçün nəzərdə tutulmuş proqram stomatologiya ilə bağlı geniş kitabxananı təqdim edir.

8. "iDcrm (Numenes)"
- 199,99 dollar. Bu proqram "Microsoft Dynamics CRM" ("Müştərilərlə Əlaqələrin İdarə Edilməsi") sisteminə uyğundur.

9. "ROSIE Home Automation (Savant Systems LLC)"
- 199,99 dollar. Bu proqram vasitəsilə "iPhone" ilə yanaşı, televizor, musiqi mərkəzi və təhlükəsizlik sistemini uzaqdan idarə etmək olar.

10. "Nursing Constellation Plus (Skyscape)"
- 179,99 dollar. Bu proqram da tibb bacıları üçündür. Proqramda lüğət, dərman dozaları, kitabxana var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
784 688 703 658 709 644

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.