Kukulka

Kukulka İslam Dini 7-10-2017, 13:10

Kor bir adam namazda başqalarına imamlıq edə bilər?

Kor bir adam namazda başqalarına imamlıq edə bilər?
Kor bir adam namazda başqalarına imamlıq edə bilər?



İmamlıq etməyə (pişnamaz olmaq) bilik və qabiliyyəti çatan, ancaq gözləri görməyən bir insanın imamlıq etməyində bir qüsur filan yoxdur. Peyğəmbərimiz (s. a. v.) Mədinədən kənara çıxdığı vaxtlarda öz yerinə vəkil və imam kimi kor bir əshabə olan Abdulla İbn Ümmi Məktumu təyin edirdi.

Bəzi Hənəfi fəqihləri korların imamlıq edib namaz qıldırmaqlarını məkruh hesab edirlər. Onlar bunun səbəbini korların gözləri görmədiyinə görə pal-paltarlarını təmiz saxlaya bilməyəcəkləri ehtimalı ilə izah edirlər.

Şafii məzhəbinə əsasən imamlıq məsələsində gözləri görənlə görməyən arasında hər hansı bir fərq yoxdur. Maliki və Hənbəli məzhəbləri də kor bir insanın imamlıq etməyini caiz hesab edir; ancaq təmizliyə lazımi qədər diqqət yetirməsi baxımından sağlam şəxsin imamlıq etməyinə üstünlük verir.1

Deməli, pal-paltarında namaz qılmağa maneçilik törədən bir natəmizlik olmayan və imamlıq bilik və qabiliyyətinə malik olan kor insanların imamlıq edib namaz qıldırmaqlarında heç bir problem yoxdur.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
708 754 670 638 695 804

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.