Kərim həbs edilən keçmiş arvadı Təranə haqqında GÖRÜN NƏLƏR YAZDI: “Məni çox rüsvay edib”

Kərim həbs edilən keçmiş arvadı Təranə haqqında GÖRÜN NƏLƏR YAZDI: “Məni çox rüsvay edib”


“Allah şahidim olsun ki, bu insanın (Təranə Səmədova - red.) həbs olunmasına sevinmədim. Gərək elə qəddar və şərəfsiz biri olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə olaraq birinci növbədə anasına ürəyim yandı. Yazıq, onsuz da bir gün görməyib. Allah onu anasına, balasına bağışladı ki, bir il cəzayla canını qurtardı”.
Bu sözləri müğənni Kərim Abbasov instaqram səhifəsində yazıb. Məşhur müğənni keçmiş həyat yoldaşı olan prodüser Təranə Səmədovanın həbsinin ona pis təsir etdiyini etiraf edib:
“Mənə çox pisliklər edib, rüsvay edib. Amma yenə də Allah qapısını açsın. Heç olmasa türmədən çıxanda düzgün həyat tərzi sürsün. Nə qədər düşmənim olsa da, reallıq deyilən bir şey var. Onunla evli olmuşam. Anası qabağıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Haqqı var üstümdə… Uşağının atası övladına sahib çıxmadı. Özü türmədən çıxana kimi mən onun ailəsinə baxaram, sahib duraram. İnsanın dar günündə onu baltalamayaq”.
Məlumat üçün bildirək ki, Təranə Səmədova insan alverində ittiham olunaraq həbs edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 453 411 433 434 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.