_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 8-11-2018, 09:31

Niyə İmam Rzaya “qərib İmam Rza” və “qərib əl-qürəba” deyirlər?

Niyə İmam Rzaya “qərib İmam Rza” və “qərib əl-qürəba” deyirlər?
İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun əmri ilə Mədinədən Xorasana sürgün edilmiş, orada bir neçə il yaşadıqdan sonra xəlifə tərəfindən zəhərlənib şəhid olmuşdur. Əhli-beyt imamlarının bir neçəsi vətəndən - Mədinədən uzaqda yaşamağa məcbur olmuş və orada şəhid olaraq dəfn edilmişlər. Bu mənada imamların bir neçəsi qərib sayıla bilər. Lakin Mədinə şəhərindən məsafə baxımından ən uzaqda dəfn edilən İmam Rza (ə) olmuşdur. Həmçinin, digər imamlar sürgün edilərkən ailə üzvlərini, övladlarını də özü ilə aparmağa imkan tapdıqları halda, İmam Rzanın (ə) belə bir imkanı olmamışdır. O, qərib bir şəhərdə ailə üzvlərindən, övladlarından uzaqda dünyadan köçmüşdür. Buna görə də o həzrətə "qərib əl-qürəba", yəni "qəriblərin qəribi" deyirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
812 832 814 767 688 756

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.