Günayın keçmiş əri kamaz sürücüsü oldu

Günayın keçmiş əri kamaz sürücüsü oldu
"Yaprak Dökümü" serialı ilə məşhurlaşan Tolgqa Karel iki il əvvəl Amerikaya köçüb.

Loading.Az xarici KİV-ə istinadən xəbər verir ki, turizm sahəsində çalışmağa çalışan aktyorun işləri pisləşib. Ev olaraq istifadə etdiyi ofisini bağlayan Karel amerikalı arvadının ailəsinin yanına köçüb.

Bir müddət işsiz qalan aktyor yeni işə girib. O, bundan sonra TIR sürücüsü kimi çalışacaq. Bir müddət əvvəl Tolqa Amerikada əyalətlər arasında sürücülük kursuna yazılıb. Ötən gün səfərlərə başlayan aktyorun ilk səfəri Texasa olub.

İşindən görüntüləri sosial şəbəkədə yayımlayan Karel ayda 8 min dollar maaş alır.

Qeyd edək ki, Tolqa azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Cütlüyün Cahangir adlı oğul övladı var. Günaydan boşanan Tolqa yenidən evlənib və qızı dünyaya gəlib.


Günayın keçmiş əri kamaz sürücüsü oldu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 377 328 305 324 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.