Torpaqlarımız uğrunda döyüşərkən şəhadətə qovuşanlar ölmürlər

Şəhidlər ölmürlər. Şəhidlər əbədi yaşardır. Vətəni sevmək İmandandır. Vətən hər birimizin anasıdır və Ana vətənimizin dar günündə onu qorumaq, ona yardımçı olmaq hər birimizin borcudur. Hər zaman olduğu kimi dünən də, bu gün də, sabah da millətimiz güclü ordumuza, əsgərlərimizə güvənərək qürur hissi keçirir. Aprelin 1-dən 2- nə keçən gecə Ordumuz sanki od püskürdü,düşmənə qarşı ildırım sürətiylə hücuma keçdi,mənə elə gəlirdi ki, uzun illərin acısını çıxarırdılar əsgərlərimiz. Vətən, öz əsgərləri ilə öyündü, o gecə..Vətən öz qəhrəman igidləri ilə var oldu, o gecə.. Yağı tapdağı altında inləyən torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Qəhrəman igidlərimiz, qanla yazdılar Vətən torpaqlarına Şəhid adını.. Allah yolunda, Azadlıq uğrunda, Vətən yolunda, Torpaqlarımız uğrunda döyüşərkən Şəhadətə qovuşanlar ölmürlər, Allah qatında və Əbədi həyatda ölməzlik kürsüsündə yer alır onlar..Torpaqlarımız uğrunda Şəhadətə qovuşan igidlərimizin ruhu qarşısında baş əyirəm. Sizləri bağrına almış torpağınız nura boyansın..İllər keçəcək, əsrlər ötəcək, lakin Şəhidlərimiz unudulmayacaq. Sinəsi yaralı Qarabağın ağrılarını gözündə, ürəyində gəzdirən, Gözlərdən və qəlblərdən vətən həsrəti süzülən, Vətən həsrətli bütün insanlara Qarabağın azadlığı - Qələbə müjdəsi diləyimlə;-- Vətənimizi, Əsgərlərimizi, Millətimizi Allaha əmanət edirəm.. Allah Yardımçınız olsun!






