Esmeralda

Esmeralda Xəbərlər 13-12-2018, 10:17

Türkiyədə QATAR QƏZASI: çox sayda ölü və yaralı var - FOTO/VİDEO

Türkiyədə QATAR QƏZASI: çox sayda ölü və yaralı var - FOTO/VİDEO
Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.

Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.

***

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.

Loading.az xəbər verir ki, qatarının qəzaya uğraması nəticəsində çox sayda ölü və yaralı var. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.

Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.


[media=https://www.youtube.com/watch?v=49lzFkknSUM]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
445 406 424 378 410 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.