HASANLY

HASANLY Xəbərlər 14-12-2018, 10:17

Sarqsyanın qardaşı oğlunu "qanuni oğru" ələ verib

Sarqsyanın qardaşı oğlunu "qanuni oğru" ələ verib
Bu ilin iyulunda axtarışa verilən Serj Saqrsyanın qardaşı oğlu Narek Sarqsyan kriminal avtoritet Andrenik Soqoyan tərəfindən hüquq-mühafizə orqanlarına təslim edilib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.

“Ermənistanın yeni hökuməti kriminal avtoritetlərlə sıx əməkdaşlığa başlayıb. Ermənistan polisinin yaydığı məlumatda N.Sarqsyanın İnterpol vasitəsilə saxlanılmasını açıqlamasına baxmayaraq, əldə etdiyimiz informasiyaya görə, onu kriminal Avtoritet A.Soqoyan ələ verib”, - nəşr yazıb.

Xatırladaq ki, dekabrın 7-də Çexiyanın paytaxtında saxlanılan N.Sarqsyanın Qvatemala vətəndaşı kimi ölkəyə daxil olduğu və özünü Franklin Qonsales adı ilə təqdim etdiyi bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
469 466 432 449 407 493

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.