Gələcəkdə həkimləri robotlar əvəzləyəcək

Gələcəkdə həkimləri robotlar əvəzləyəcək
İngiltərə Milli Səhiyyə Xidməti robot texnikasının tibb sahəsinə tətbiqi üzrə miqyaslı layihənin icrasına başlayıb.

Britaniya Səhiyyə Nazirliyi Oksford Universitetinin alimləri ilə birgə həkimlərin əksər hissəsini robotlarla əvəzləməyi planlaşdırır. İlk robotlar xəstəxanalarda pasiyentlərin qeydiyyatını aparacaq və müalicə üçün tövsiyələr verəcək. İkinci mərhələdə tətbiq ediləcək robotlar isə sadə əməliyyatlar, o cümlədən dişlərin müalicəsini aparacaqlar.

Alimlərin sözlərinə görə, gələcəkdə belə robotlar avtomatik rejimdə doğuşda iştirak edəcək və ürək və beyin əməliyyatları edəcəklər.

Bildirilir ki, ilkin mərhələdə robotların işinə insanlar nəzarət edəcəklər, daha müasir əməliyyatsız müalicə üsullarından istifadə isə daha çox xəstəni əməliyyat etməyə və xəstəliklərin qarşısını erkən mərhələdə almağa imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
279 269 250 257 251 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.