Dünyanın ən gombul uşağı 100 kiloqram arıqladı - FOTO

Dünyanın ən gombul uşağı 100 kiloqram arıqladı - FOTO
İndoneziyada yaşayan və bir zamanlar dünyanın ən kök uşağı adını alan Arya Premana son görünüşü ilə hamını heyran edib.

12 yaşlı Arya mədə kiçiltmə əməliyyatı ilə 100 kiloqram arıqlayıb.


200 kiloqramdan 100 kiloqrama düşən və arıqlamağa davam edən Premana indi özünü yaxşı hiss etdiyini və digər uşaqlar kimi həyat tərzi sürdüyünü bildirib.

Aryanın sözlərinə görə, əgər əvvəllər bir neçə boşqab yeməkdən doymurdusa, indi dieta saxlamaq məcburiyyətindədir.

Əvvəllər 5 dəqiqə ayaqüstə güclə qalan Premana indi bütün günü gəzir. Bu ona həm də bir az da çəki atmağa kömək edir. Ən böyük arzusu futbolçu olmaq olan 12 yaşlı Arya bunun üçün əlindən gələni edəcəyini bildirib.


Dünyanın ən gombul uşağı 100 kiloqram arıqladı - FOTO



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 378 380 306 324 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.