Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. Texnologiya 22-12-2018, 11:58

Dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

Dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək
ABŞ-ın "Cisco" şəbəkə avadanlığı istehsalçısı internetdə "Şəbəkə texnologiyalarının əyani inkişaf indeksi" (Visual Networking Index, VNI) tədqiqatının nəticələrini açıqlayıb. Məruzə qlobal "IP" şəbəkələrinin 2017-2022-ci illərdə inkişafına həsr olunub.

Bildirilir ki, hesabata görə, 2022-ci ilədək Yer kürəsi əhalisinin 60 faizi internet istifadəçisi olacaq. Qlobal şəbəkəyə 28 milyarddan çox qurğu qoşulacaq, bir istifadəçinin şəbəkəyə qoşulan qurğularda payı orta hesabla 3,6 təşkil edəcək. 2017-ci ildə bu göstərici 2,4 olub. Dünyada genişzolaqlı, mobil və "Wi-Fi" şəbəkələrinin sürəti minimum 2 dəfə artacaq.

Proqnoza görə, 2022-ci ilədək dünya "IP" trafikinin aylıq həcmi 396 ebayta (2017-ci ildə 122 ebayt) çatacaq. İnternet istifadəçilərinin sayı 4,8 milyard təşkil edəcək. 2017-ci ildə bu göstərici 3,4 milyarda (dünya əhalisinin 45 faizi) bərabər olub.

Bildirilir ki, 2022-ci ilədək internetə qoşulan qurğuların yarısından çoxu (ötən il 34 faiz) "M2M" (Machine-to-Machine) qurğuları olacaq. Bu, 14,6 milyard (2017-ci ildə 6,1 milyard) bağlantı deməkdir.

Beş il ərzində dünyada genişzolaqlı stasionar şəbəkələrin orta sürəti 2 dəfə - 39,0 Mbit/saniyədən 75,4 Mbit/saniyəyədək artacaq. Eyni zamanda "Wi-Fi" bağlantılarının orta sürətinin 24,4 Mbit/saniyədən 54,0 Mbit/saniyəyədək yüksələcəyi gözlənilir. Dünyada mobil bağlantıların orta sürəti isə 3 dəfədən çox artaraq 28,5 Mbit/saniyə təşkil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
546 450 485 481 475 492

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.