Öyrəşdik gözləməyə
Dözənlər dözdü nəyə,
dözənlər dözdü niyə?...
Üz-gözümüz öyrəşdi,
gedəni gözləməyə!...
Dünən gəldi gedənim,
ömrü payız edənim...
Sevdasından titrədi,
həsrət çəkən bədənim!...
Bu dünya geyindi al,
ağ oldu qara xəyal...
Bahar gəlib,yaz gəlib,
qalarmı daha sual?...
Dünya dolusu eşq var,
qönçə oldu arzular...
Var olacaq bu dünya-
Nə qədər ki sevilən var,sevən var..
dözənlər dözdü niyə?...
Üz-gözümüz öyrəşdi,
gedəni gözləməyə!...
Dünən gəldi gedənim,
ömrü payız edənim...
Sevdasından titrədi,
həsrət çəkən bədənim!...
Bu dünya geyindi al,
ağ oldu qara xəyal...
Bahar gəlib,yaz gəlib,
qalarmı daha sual?...
Dünya dolusu eşq var,
qönçə oldu arzular...
Var olacaq bu dünya-
Nə qədər ki sevilən var,sevən var..







