AzizA

AzizA Texnologiya 17-01-2019, 10:37

Yeni iPhone-lar Wi-Fi 6-nı dəstəkləyəcək

Yeni iPhone-lar Wi-Fi 6-nı dəstəkləyəcək
"Barclays" şirkətinin analitiki Bleyn Kertis bu il buraxılacaq yeni "iPhone" smartfonlarının "Wi-Fi 6" standartını dəstəkləyəcəyini bildirib. Yeni standart həmçinin "802.11ac" standartını əvəzləyən "802.11ax" kimi tanınır.

Yeni standart məlumatların yüksək sürətlə ötürülməsini, çətin vəziyyətlərdə, məsələn, konsert və idman tədbirlərində daha yaxşı məhsuldarlığı, eləcə də qoşulmuş qurğuların akkumulyatorlarının enerjisinə qənaət üçün yüksək enerji səmərəliliyini təmin edəcək. Bunların hamısı "802.11ax" standartını dəstəkləyən marşrutlayıcı sayəsində mümkün olacaq. Hazırda satışda belə marşrutlayıcıların sayı az olsa da, 2019-cu ildə "Wi-Fi 6" dəstəkli daha çox yeni modellərin buraxılacağı gözlənilir.

"Apple" qurğulara "802.11ac" standartının dəstəklənməsini tətbiq edən ilk şirkətlərdən olub, bu səbəbdən yeni "iPhone" modellərində "802.11ax" dəstəyinin quraşdırılacağı təəccüb doğurmur.

Bundan başqa, 2019-cu ildə buraxılacaq "iPhone modelləri beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 584 522 476 533 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.