"Bəlkəsiz Sevdim Səni"
Sən mənim yanımda olduğun zaman,
Həyatın başqa bir marağı vardı
Ağlımı başımdan alıb aparan,
O hər baxışından şeir doğardı...

İndi gözlərin də gözümə dəymir,
Arada təsadüf qarşılaşırıq.
Bir-birimizdən üz çevirsək də,
Bəlkə də xəyalən qucaqlaşırıq...

Bəlkə də... Bəlkələr nə qədər çoxdur,
Mən səni bəlkəsiz sevmişəm axı!
Mən səni iffətli, qiymətli bilib,
Cümləsiz , kəlməsiz sevmişəm axı!
]
İndi sözlərim də tükənib artiq,
Daha əllərim də qələmə çatmır!
Həsrət dənizində boğuluram mən,
Sevgilim əlini mənə uzatmır!

Mən səni görmürəm sənə baxdiqca,
Düşüncən dəyişir başqalaşırsan.
Mən sənə hər dəfə yaxinlaşdıqca,
Sən məndən daha da uzaqlaşırsan...
MÜƏLLİF ŞAHİN İLQAR
Həyatın başqa bir marağı vardı
Ağlımı başımdan alıb aparan,
O hər baxışından şeir doğardı...

İndi gözlərin də gözümə dəymir,
Arada təsadüf qarşılaşırıq.
Bir-birimizdən üz çevirsək də,
Bəlkə də xəyalən qucaqlaşırıq...

Bəlkə də... Bəlkələr nə qədər çoxdur,
Mən səni bəlkəsiz sevmişəm axı!
Mən səni iffətli, qiymətli bilib,
Cümləsiz , kəlməsiz sevmişəm axı!
]

İndi sözlərim də tükənib artiq,
Daha əllərim də qələmə çatmır!
Həsrət dənizində boğuluram mən,
Sevgilim əlini mənə uzatmır!

Mən səni görmürəm sənə baxdiqca,
Düşüncən dəyişir başqalaşırsan.
Mən sənə hər dəfə yaxinlaşdıqca,
Sən məndən daha da uzaqlaşırsan...
MÜƏLLİF ŞAHİN İLQAR






