Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 27-01-2019, 11:04

12 yaşlı yeniyetmə peşəkar boksçunu öldürdü - FOTO

12 yaşlı yeniyetmə peşəkar boksçunu öldürdü - FOTO
ABŞ-da 12 yaşlı yeniyetmə peşəkar boksçu, 24 yaşlı Con Vanmeteri güllələyərək öldürüb.

Loading.Az report-a istinadən bildirir ki, bu barədə "Sport-ekspress" "Boxingscene"yə istinadən məlumat yayıb.


Məlumata görə, hadisə Texas ştatında baş verib. İdmançı evdə qızı ilə dincələrkən mənzilə soxulmağa çalışan naməlum şəxsin səsini eşidib. Boksçu onun kimliyini araşdırmaq istəyib, qız isə polis çağırıb. Elə bu vaxt atəş səsi eşidilib. Boksçu döşəmə üzərində başından güllə yarası almış vəziyyətdə aşkar edilb.

Hadisə yerinə gələn polis əməkdaşları 12 yaşlı yeniyetməni şübhəli şəxs kimi saxlayıblar. Şahidlərin sözlərinə görə, o, hadisə yerindən gizlənməyə çalışırmış. Vanmeter xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda ölüb.

Texas ştatının qanunlarına görə, hadisəni törətmiş yeniyetməni 40 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daha əvvəl Texasda ölümlə və xəsarətlə nəticələnən atışma olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 445 401 393 379 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.