Esmeralda

Esmeralda Xəbərlər 27-01-2019, 16:15

Deputatın oğlu dəfn edildi

Deputatın oğlu dəfn edildi
Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

Loading.az report-a istinadən xəbər verir ki, E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.

Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
512 489 405 372 397 486

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.