Esmeralda

Esmeralda Xəbərlər 28-01-2019, 13:03

Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..."

Afaq Bəşirqızı: "Nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka..."
Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.

Loading.az-ın əməlumatına görə, tamaşanın efirn variantında narkotik vasitələr (nəşə) təbliğ edilib. Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir:

"İynə vurma, amma nəşə çək".

Nisə xanım (Afaq Bəşirqızı) isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:

"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb tapa bilməsinlər".
Teatrın direktoru Əliqismət Lalayev əməkdaşımızla söhbətində sözügedən tamaşada işlədilən ifadələri belə izah edib:

"O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 396 406 358 366 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.