Zamiqin konsertində nələr olacaq?

Zamiqin konsertində nələr olacaq?
Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə ciddi şəkilə hazırlaşır. BiG.AZ xəbər verir ki, konsertin təşkili üçün 70-ə yaxın işçi heyəti çalışır.

Zamiq onlarla fotoqraf, videoqraf, 16 musiqiçi, 4 bek-vokal, 22 rəqqasın olduğu gecədə 21 mahnını canlı olaraq səsləndirəcək .

Bundan əlavə, ölkənin məşhur səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov da layihədə yer alıb.

Zamiqin geyimlərini isə tanınmış modelyer Afaq İsmayılzadə hazırlayır. Səhnə tərtibatı, səs, işıq texnikası və konsertin təşkilatçılığı “SS Production”a məxsusdur.

Bu məqamda bildirək ki, musiliqi gecəyə 10 gün qalmasına baxmayaraq bütün biletlər tükənib.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 343 332 294 332 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.