Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 31-01-2019, 11:20

Sərxoş nənə və baba 11 aylıq nəvələrini sobada YANDIRDI

Sərxoş nənə və baba 11 aylıq nəvələrini sobada YANDIRDI
Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.

Hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.


Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan qohumlar qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.

Hazırda şübhəlilər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.

Müstəntiqlər tərəfindən “Azyaşlının ölümü” maddəsi ilə cinayət işi başlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 373 380 383 413 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.